AZ

ABŞ-ın Moskvadakı səfirliyində quraşdırılan hərbi əməliyyata həsr olunmuş yazı sökülüb, yerində isə… - VİDEO

ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinin telefon danışığından sonra Moskvada, Novinski bulvarında yerləşən ABŞ səfirliyinin binası qarşısındakı xüsusi hərbi əməliyyata həsr olunmuş “ZVO” hərfləri sökülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Bildirilib ki, onların yerinə “Biz birlikdəyik” yazısı əlavə edilib.

Qeyd edək ki, sözügedən hərflər  2023-cü ilin noyabrında Amerika diplomatik missiyasının qarşısında quraşdırılıb.



Bizim.Media

Seçilən
14
bizim.media

1Mənbələr