Slovakiyalı hakim İvan Kruzliak UEFA Millətlər Liqasının pley-off mərhələsi çərçivəsində martın 20-də Türkiyə Milli Komandasının evində Macarıstana qarşı keçirəcəyi ilk oyunu idarə edəcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "RAMS Park"da Bakı vaxtilə saat 21:00-da başlayacaq qarşılaşmada baş hakim olacaq Kruzliak-a Branislav Hankko və Yan Pozor kömək edəcək.
Fərid ASLAN
MİA.AZ