Bakı. Trend:
"Fənərbağça" klubunun prezidenti Ali Koç, Joze Mourinyonunkomandada qalacağını açıqlayıb.
Trend "SporX"əistinadən xəbər verir ki, Koç, "Fənərbağça"da olduğu müddət ərzindəJoze Mourinyo ilə yola davam etmək istədiklərini bildirib.
"Mən "Fənərbağça"da olduğum müddət ərzində Joze Mourinyonungöndərilməsi mümkün deyil," - deyə A.Koç vurğulayıb.
Qeyd edək ki, Joze Mourinyonun müqavilə müddəti mövsüm sonundabaşa çatacaq.