Polşa hakimiyyəti Belarus və Rusiya ilə sərhəddə piyada əleyhinə minalardan istifadə etməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu RMF FM radiostansiyasının efirində Polşa Müdafiə Nazirliyinin rəis müavini Pavel Bejda deyib.
"Piyada əleyhinə minalar "Şərq Qalxanı"nın elementlərindən biri olacaq", - Bejda bildirib.
Onun sözlərinə görə, Polşanın bir milyona qədər piyada əleyhinə minaya ehtiyacı var.
"Bunu Polşa Silah Qrupunun fabrikləri edəcək, lakin mən təfərrüatlara varmaq istəmirəm", - siyasətçi deyib.