AZ

Deportasiya edilən vətəndaşları qəbul edin, yoxsa yeni sanksiyalar tətbiq ediləcək - Marko Rubio

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Venesuela ABŞ-dəndeportasiya edilən vətəndaşlarını qəbul etməlidir.

Trend xəbər verirki, əks halda Vaşinqton Karakasa qarşı yeni sanksiyalar tətbiq edəbilər.

"Venesuelanın ABŞ-dən repatriasiya olunmuş vətəndaşlarını qəbuletmək öhdəliyi var. Bu, müzakirə və ya danışıqlar mövzusu deyil", –o, X sosial şəbəkəsində yazıb.

Rubio əlavə edib ki, əgər Venesuela prezidenti Nikolas Maduronunrejimi deportasiya edilən şəxslərin təyyarələr vasitəsilə ölkəyəqaytarılmasına mane olarsa, ABŞ yeni, sərt və gücləndirilmişsanksiyalar tətbiq edəcək.

Bundan əvvəl Salvador prezidenti Nayib Bukele açıqlamışdı ki,ABŞ Venesuelanın "Tren de Araqua" cinayətkar qruplaşmasının 238üzvünü yerli həbsxanalarda cəzalarını çəkmək üçün geri göndərib.Maduro isə ABŞ-nin venesuelalı miqrantlara qarşı siyasətiniədalətsiz, qeyri-qanuni və insan haqlarının kobud pozulması kimiqiymətləndirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl 1798-ci ilYad Düşmən Aktı əsasında deportasiyalarla bağlı bəyannaməimzalamışdı.

Seçilən
68
az.trend.az

1Mənbələr