Husilər Qəzza zolağında HƏMAS hədəflərinə yenidən zərbələr endirməsi ilə əlaqədar İsrailə qarşı hərbi əməliyyatları gücləndirmək niyyətindədir. AFN.az xəbər verir ki, bunu “Əl Məsirə” telekanalında çıxışı zamanı qiyamçıların lideri Əbdülməlik əl-Husi deyib.“İsrail ABŞ-ın təhriki ilə Qəzza zolağında növbəti dəfə Fələstin xalqının soyqırımına başlayıb. Biz Fələstin xalqını dəstəkləmək üçün İsrailə qarşı ən yüksək səviyyədə hərbi fəaliyyətə başlayacağıq”, - deyə o, bildirib. Qeyd edib ki, husilər ABŞ-ın və İsrailin hərəkətlərinə müqavimət göstərməyə davam edəcək.