Ukraynada atəşkəsin təfərrüatları bazar günü, martın 23-də Ciddədə müzakirə olunacaq.
APA xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff “Fox News”a danışıb.
“Bəzi detallar işlənməlidir. Lakin proses bazar günü Ciddədə başlayacaq və bundan sonra biz tam atəşkəsə keçəcəyik”, - Ağ Ev rəsmisi qeyd edib.