Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı Rusiyanı Ukrayna üzrə yekun sülh sazişinin bağlanmasına yaxınlaşdırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff “Fox News” telekanalına müsahibəsində deyib.
"Düşünürəm ki, bu gün müəyyən irəliləyişlər olub. Putin ölkəsini yekun sülh sazişinə yaxınlaşdırır", - o deyib.