Bakı. Trend:
Polşa iqtidarı Belarus və Rusiya ilə sərhəddəki “Şərq qalxanı”müdafiə istehkamları xəttində piyadalara qarşı minalarınistifadəsini planlaşdırır.
Trend xəbər verirki, bu barədə Polşa Müdafiə Nazirliyinin müavini Pavel Beyda RMF FMradiostansiyasının efirində bildirib.
Onun sözlərinə görə, piyadalara qarşı minalar “Şərq qalxanı”nınmühüm elementlərindən biri olacaq.
Beyda qeyd edib ki, Polşaya bir milyona qədər piyadaəleyhinəmina lazımdır və bu minaların ölkə daxilində istehsal edilməsiplanlaşdırılır.
Siyasətçi əlavə edib ki, minalar Polşa Silah Qrupunun zavodlarıtərəfindən istehsal ediləcək, lakin o, bu məsələyə dair əlavətəfərrüat verməkdən çəkinib.