Vaşinqton, 19 mart, AZƏRTAC
ABŞ Milli Arxivi 1963-cü ildə prezident Con Kennedinin qətli ilə bağlı məxfiliyi ləğv edilmiş minlərlə səhifəlik sənədləri açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, Prezident Donald Tramp yanvarın 23-də qalan qeydlərin açıqlanmasına dair sərəncam imzalayıb və bunun ictimai maraqlara cavab verdiyini bildirib.
Mindən çox sənəd ABŞ Milli Arxivlər və Qeydlər Administrasiyasının saytında yerləşdirilib.
Sui-qəsdi ilə bağlı 13 minə yaxın sənəd Bayden administrasiyası dövründə açıqlanıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton