AZ

Pentaqon mülki işçilərin sayını 50 min nəfər azaldır

ABŞ Müdafiə Nazirliyi büdcə xərclərini azaltmaq üçün 50-60 min mülki işçinin ixtisarını planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsinin bəyanatına istinadən “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, bu addım Pentaqonda mülki işçilərin 8 % azaldılması planı çərçivəsində atılıb.

Qeyd olunub ki, boşalan yerlərə hərbçilər təyin edilməyəcək, çünki müdafiə naziri Pit Heqset ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığından əmin olmaq istəyir.

Seçilən
41
2
publika.az

3Mənbələr