AZ

Ev oyunlarının ən yaxşıları – “Səbail” burda da autsayderdir

Azərbaycan Premyer Liqasında III dövrə başa çatıb.

Futbolpress.az-ın məlumatına görə, 27 turdan sonra ev oyunlarında ən yaxşı nəticələr lider “Qarabağ”a məxsusdur. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 13 ev matçında 10 qələbə qazanıb, 1 heç-heçə edib, 2 dəfə məğlub olub. Komanda bu görüşlərdə 31 xal toplayıb. Qol nisbəti 36:9-dur.

İkinci pillədə “Zirə” yer alır. Rəşad Sadıqovun yetirmələri Zirə İdman Kompleksinin stadionunda 11 görüşdə 8 qələbə qazanıb, 2 heç-heçə edib, 4 dəfə məğlub olub. “Qartallar” evində 26 xal toplayıb.

Üçlüyü “Araz-Naxçıvan” tamamlayır. Naxçıvandakı stadionun hələ hazır olmaması səbəbindən ev matçlarını “Liv Bona Dea Arena”da keçirən komanda 14 görüşdə 6 qələbə qazanıb, 5 heç-heçə edib, 3 dəfə uduzub. Komandanın topladığı xal 26-dır.

Ev matçlarındakı ən pis göstərici isə autsayder “Səbail”ə məxsusdur. “Dənizçilər” bu mövsüm Bayıldakı “ASCO Arena”da 13 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib, 7 dəfə məğlub. “Səbail” ev matçlarında ən çox məğlubiyyət alan iki komandadan biridir. Digəri isə “Sumqayıt”dır.

Şahin Cəfərov

Seçilən
55
futbolpress.az

1Mənbələr