Ukraynanın Dövlət Təhqiqat Bürosu (QBR) silahlı qüvvələrin generalını ona həvalə olunmuş bölmədə böyük itkilərə yol verməkdə ittiham edib. Bu barədə Ukraynanın “Obşçestvennoe” nəşri məlumat yayıb.
Briqada generalı olan hərbçinin adı açıqlanmır. Onun 2023-cü ilin mart - 2024-cü ilin sentyabr aylarında Liman və Xarkov istiqamətlərində xeyli itki verən 23-cü əlahiddə atıcı batalyonuna komandirlik etdiyi bildirilir.
"Dövlət Təhqiqat Bürosu yüksək rütbəli hərbçini şəxsi heyətin itkisinə, kütləvi şəkildə fərariliyə və bölmənin döyüş qabiliyyətinin itirilməsinə səbəb olan fəaliyyətsizlikdə ittiham edir. Onun barəsində hərbi vəziyyətlə bağlı ehtiyatsızlıq maddəsi ilə cinayət işi açılıb. Generalı 5 ildən səkkiz ilə qədər həbs gözləyir", - xarici KİV yazıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural