Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elməddin Qədirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Elməddin Qədirov Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən sənədlərdə “KNARR boya-kimya” və “Epokimya” kimi qeyd olunan zavodlarda müxtəlif ad, çeşiddə inşaat və sənaye boyalarının istehsalı, kafel və keramika yapışdırıcıları, kimyəvi beton qatqılarının istehsalını və satışını həyata keçirən şirkətdə satış təmsilçisi vəzifəsində işləyib. O, 2021-2022-ci illərdə satdığı malların ümumilikdə 74 385 manatını mənimsəyib.
Kamal Məmmədov