İsveçrədə erməni diasporunun təşəbbüsü ilə təşkil olunmasıplanlaşdırılan "Dağlıq Qarabağ üzrə Sülh Forumu" adlı tədbirölkənin federal hökumətinin qətiyyətli rədd cavabı ilə üzləşdi.İsveçrə parlamentinin hər iki palatasının daha əvvəl bu layihənidəstəkləməsinə baxmayaraq, hökumət bu təşəbbüsün qəbuledilməzolduğunu bildirərək, onun neytrallıq və beynəlxalq hüquqprinsiplərinə zidd olduğunu vurğuladı.
İsveçrə Federal Məclisinin yuxarı palatası olan Kantonlar Şurasıçərşənbə axşamı keçirilən iclasda "Dağlıq Qarabağ üzrə Sülh Forumu:ermənilərin geri qayıtmasına imkan yaradılması" adlı layihənitəsdiqlədi. Palatanın 46 üzvündən 29-u İsveçrədəki erməni diaspornümayəndələrinin irəli sürdüyü bu təşəbbüsün lehinə səs verib.Absurd sənəd "Dağlıq Qarabağ və Azərbaycan nümayəndələri arasındadialoq platformasının yaradılmasını nəzərdə tutur" və məqsəd "zorlaköçürülmüş ermənilərin öz tarixi vətənlərinə təhlükəsiz, kollektivvə ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək"dir.
Bu idiotik və təhlükəli təşəbbüs parlamentin hər ikipalatasından dəstək alıb: 2024-cü il dekabrın 17-də onu daha əvvəlMilli Şura (parlamentin aşağı palatası) da təsdiqləmişdi. İsveçrəqanunvericiliyinə əsasən, hər iki palatanın dəstəyi layihəni icrasıməcburi olan qanuna çevirir ki, bu da Federal Şuraya (hökumətə)sülh forumunun təşkili tapşırığını verirdi. Bu, İsveçrə tarixindəparlamentin erməni məsələsi ilə bağlı birbaşa qərar qəbul etdiyiilk hadisə oldu.
Parlamentin dəstəyinə baxmayaraq, erməni diasporunun təşəbbüsüFederal hökumətin sərt müqaviməti ilə üzləşdi. Martın 18-dəİsveçrənin xarici işlər naziri İnyatsio Kassis parlamentdəkeçirilən dinləmələrdə forumun keçirilməsinə qarşı qətiyyətlibəyanatla çıxış etdi. O, hökumətin obyektiv və balanslı yanaşmaprinsipinə sadiq qaldığını və hər hansı təxribat xarakterliaddımları qəbul etmədiyini vurğuladı.
İ.Kassis xatırlatdı ki, Azərbaycan və Ermənistan arasında hərhansı sülh təşəbbüsü yalnız hər iki tərəfin razılığı ilə həyatakeçirilə bilər. Nazir, həmçinin, tərəflərin artıq sülh sazişininmətnini razılaşdırdıqlarını və formalaşmış danışıqlar prosesininmövcud olduğu şəraitdə əlavə xarici təşəbbüslərin yersiz olduğunubildirdi.
Xüsusilə diqqətçəkən məqam budur ki, İnyatsio Kassisin dediyinəgörə, Qarabağ Azərbaycanın ərazisidir və İsveçrə neytral dövlətkimi beynəlxalq hüquq normalarını poza bilməz. Nazir bildirib ki,belə bir təşəbbüsün həyata keçirilməsi İsveçrənin beynəlxalqmünaqişələrdə obyektiv vasitəçi kimi reputasiyasına zərər yetirəbilər. Xarici işlər nazirinin mövqeyini parlamentin əksəriyyəti dədəstəklədi ki, bu da təklif olunan forumun keçirilməsi şanslarınıfaktiki olaraq sıfıra endirdi.
Federal hökumət öz mövqeyini bir neçə əsas arqumentlə əsaslanıb.Xüsusilə vurğulanıb ki, Ermənistan və Azərbaycan artıq birbaşa sülhdanışıqları aparır və münaqişə tərəflərindən birinin təşəbbüsü ilətəşkil olunan əlavə təşəbbüsdə iştirak məqsədəuyğun deyil.Həmçinin, debatlar zamanı bildirildi ki, Qarabağ beynəlxalq hüququnsubyekti deyil, çünki hüquqi baxımdan Azərbaycanın bir hissəsi kimitanınır. Beləliklə, Qarabağ ermənilərinin forumda iştirakı hüquqibaxımdan məcburi qərarların qəbuluna gətirib çıxara bilməz.
Nazir Kassis bəyan edib ki, əgər İsveçrə vasitəçilikxidmətlərini təklif etmək istəyirsə, bu, yalnız həm Bakı, həm dəİrəvanın müraciəti ilə həyata keçirilə bilər. Bundan əlavə, mümkünvasitəçilik təklifi maksimum dərəcədə neytral, siyasi vurğulardanvə üstünlüklərdən kənar olmalıdır.
Nəticədə, federal hökumətin sərt mövqeyi erməni diasporununtəşəbbüsünə faktiki olaraq son qoydu. Bir sıra parlament üzvlərilayihənin yenidən işlənməsini təklif edərək, təşəbbüsün yalnızİsveçrənin neytral vasitəçi kimi Azərbaycan və Ermənistan arasındasülh danışıqlarına dəstək verməsi təklifini ehtiva edəcək şəkildəyenidən formalaşdırılmasını irəli sürdülər.
Beləcə, İsveçrədəki erməni diasporunun "Dağlıq Qarabağ üzrəBeynəlxalq Sülh Forumu"nun keçirilməsinə nail olmaq cəhdiuğursuzluqla nəticələndi. İsveçrə Federativ Respublikası bir dahabeynəlxalq hüquqa və beynəlxalq münaqişələrdə obyektiv vasitəçiliyəsadiqliyini təsdiqlədi.
İsveçrə Federal hökumətinin "Dağlıq Qarabağ üzrə Sülh Forumu"nunkeçirilməsinə qarşı qətiyyətli mövqeyi həm ölkə daxilində, həm dəbeynəlxalq arenada geniş rezonans doğurub. Qeyd etmək lazımdır ki,rəsmi Bern uzun müddətdən sonra ilk dəfə açıq şəkildə Azərbaycanınərazi bütövlüyünü dəstəklədiyini bəyan edib ki, bu da mürəkkəbgeosiyasi şəraitdə mühüm diplomatik siqnal kimi qiymətləndiriləbilər.
İsveçrə ənənəvi olaraq özünü beynəlxalq münaqişələrdə neytralvasitəçi kimi təqdim edir. Məhz Bern və Cenevrədə dəfələrlə YaxınŞərq, Afrika və post-sovet məkanındakı münaqişələrin həlli iləbağlı əsas sülh danışıqları keçirilib. Ermənilərin təşəbbüsü iləbağlı məsələdə İsveçrə diplomatiyası imkanlarının sərhədlərini açıqşəkildə bəyan etdi.
İsveçrənin xarici işlər naziri İnyatsio Kassis deyib: "İsveçrəəsas münaqişə tərəfləri ilə razılaşdırılmayan təşəbbüsləridəstəkləməklə beynəlxalq normaları poza bilməz". O, həmçininbildirib ki, bu kimi "layihə"lər İsveçrənin obyektiv və qərəzsizvasitəçi kimi nüfuzuna "Biz İsveçrənin xarici siyasətini müəyyənbir diasporanın siyasi təşəbbüslərinin diktə etməsinə imkan verəbilmərik", - deyə İnyatsio Kassis vurğulayıb. Bu sözlər parlamentdairələrində geniş rezonans doğurdu, çünki daha əvvəl ermənidiasporunun təşəbbüsləri tez-tez İsveçrə cəmiyyətində ciddi dəstəkqazanırdı.
İsveçrə mətbuatı və diplomatik mənbələrə əsasən, federal hökumətqərarını qəbul edərkən bir neçə əsas amilə əsaslanıb. Əsas məqammünaqişənin hüquqi əsasıdır. İsveçrə beynəlxalq səviyyədə tanınmışsərhədlərə əsaslanaraq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimitanıyır. 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonraAzərbaycanın bölgə üzərində nəzarəti bərpa etdiyini nəzərə alsaq,Qarabağın xüsusi statusunu nəzərdə tutan təşəbbüsün dəstəklənməsibeynəlxalq hüquqa zidd olardı.
İkinci məqam Azərbaycanın təşəbbüsləridir. Rəsmi Bern Bakınınartıq ikitərəfli danışıqlarda ciddi irəliləyişə nail olduğunu qəbuledir. Xüsusilə 2023-cü ilin sonlarında Bakı və İrəvan sülhmüqaviləsinin layihə mətnini razılaşdırıb və 2024-cü ilin əvvəlindətərəflər yekun sənədi imzalamağa hazır olduqlarını təsdiqləyiblər.Bu şəraitdə ayrıca forumun keçirilməsi bu səylərə mane olabilərdi.
Son məqam isə erməni diasporunun fəaliyyətidir. "Neue ZürcherZeitung"un verdiyi məlumata görə, İsveçrədəki erməni diasporu öztəşəbbüsünü fəal şəkildə təbliğ edirdi. Lakin müzakirələr zamanıaydın oldu ki, onların arqumentləri köhnəlmiş məlumatlara əsaslanırvə açıq şəkildə siyasi xarakter daşıyır. Xüsusilə, "ermənilərinzorla qovulması" iddiası həqiqətə uyğun gəlmirdi, çünki etnikermənilərin əksəriyyəti müharibədəki məğlubiyyətdən sonra təqibqorxusundan könüllü şəkildə bölgəni tərk etmişdi.
Erməni tərəfi isə Bernin qərarına məyusluqla reaksiya verdi.İsveçrədəki erməni diasporunun nümayəndələri Federal hökumətinqərarını "əsassız addım" adlandıraraq bunun "Qarabağ əhalisininhumanitar problemlərini görməməzlikdən gəlmək" anlamına gəldiyinibildirdilər.
Erməni müxalifətinin nümayəndəsi Edmon Marukyan isə bəyanedib:
"İsveçrənin qərarı Qarabağ ermənilərinin hüquqlarınınmüdafiəsinə yönəlmiş humanitar səylərə zərbə vurdu. Bern etniktəmizləmə siyasətinin şəriki kimi davranır".
Ekspertlər qeyd edirlər ki, İsveçrənin bu mövqeyi həm dəiqtisadi və siyasi maraqlarla bağlıdır. Azərbaycan Avropaya, ocümlədən İsveçrəyə əsas enerji tədarükçülərindən biridir. Bakı iləsabit tərəfdaşlıq əlaqələri Bern üçün strateji əhəmiyyətdaşıyır.
Forumun keçirilməsindən imtina etməsinə baxmayaraq, İsveçrə özdiplomatik xidmətlərini neytral vasitəçi qismində təklif etməyəhazır olduğunu bildirir. Xarici işlər naziri İnyatsio Kassisvurğulayıb: "İsveçrə həmişə sülh danışıqlarına kömək etməyəhazırdır, lakin bu, yalnız obyektivlik, qərəzsizlik və bütüntərəflərin iradəsi nəzərə alınmaqla baş verə bilər".
Beləliklə, İsveçrə Federal hökumətinin qətiyyətli mövqeyi müasirdiplomatiyanın vacib prinsipini nümayiş etdirdi - sülh təşəbbüsləribeynəlxalq hüquq və münaqişə tərəflərinin real maraqları əsasındaqurulmalıdır. Erməni diasporunun təşəbbüsünün uğursuzluğu göstərdiki, Cənubi Qafqazda real prosesləri nəzərə almayan birtərəfliaddımlar hətta ənənəvi neytral ölkələr tərəfindən də dəstəkqazanmaqda çətinlik çəkir.
Fəqət, unutmayaq ki, İsveçrə uzun illər boyu beynəlxalq arenadaErmənistan və erməni maraqlarını dəstəkləyən ardıcıl və bəzənbirtərəfli siyasət nümayiş etdirib. Bu davranış xətti tarixisimpatiyalar və erməni diasporunun siyasi lobbiçilik səyləri iləəlaqələndirilirdi ki, bu da Azərbaycanın və Cənubi Qafqazdabalanslı diplomatiya aparmaq istəyən digər dövlətlərin tənqidinəsəbəb olmuşdu.
İsveçrənin Ermənistana dəstəyi XX əsrin əvvəllərinə gedib çıxır.Həmin dövrdə İsveçrədə bir sıra humanitar təşkilatlar və ictimaixadimlər fəal şəkildə "əzabkeş erməni xalqı" ideyasını təbliğedirdilər. Ölkədə güclü erməni diasporu formalaşmışdı və budiaspora fəal lobbiçilik və media resurslarından istifadə edərəkİsveçrədə sabit bir ermənipərəst gündəm yaratmağa müvəffəqolmuşdu.
İsveçrə uzun illər boyu yalnız diplomatik dəstək göstərməkləkifayətlənməyib, eyni zamanda, beynəlxalq arenada Ermənistanınmaraqlarını gücləndirən rıtorikanın formalaşmasına da ciddi təsiredib. Bu, xüsusilə aşağıdakı məqamlarda özünü aydın şəkildə büruzəverib:
1. 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınması.İsveçrə Osmanlı imperiyasında 1915-ci ildə baş verən hadisələriqondarma "soyqırımı" kimi tanıyan ilk Avropa ölkələrindən birioldu. Bu qərar yalnız Bernin Ankara ilə münasibətlərinigərginləşdirməklə qalmadı, həm də İsveçrədəki erməni diasporununmövqelərinin daha da güclənməsinə xidmət etdi. Üstəlik, 2003-cüildə İsveçrə parlamenti bu hadisəni yalnız tanımaqlakifayətlənmədi, həm də uydurma "erməni soyqırımı"nın inkarınıcinayət məsuliyyəti hesab edən qanun qəbul etdi. Bu addım açıqşəkildə erməni tərəfini müdafiə edən siyasi jest kimiqiymətləndirildi.
2. Beynəlxalq qurumlarda Ermənistana siyasi dəstək. İsveçrə birsıra beynəlxalq təşkilatlarda dəfələrlə pro-erməni mövqe nümayişetdirib. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin müzakirələri zamanıBern illərlə Ermənistanın təcavüzkar siyasətini və Azərbaycanınbeynəlxalq hüquq normalarının pozulmasını faktiki olaraq görməzdəngələn tərəf kimi çıxış edib. Məsələn, 1994-2020-ci illər arasındaİsveçrə tez-tez Azərbaycanın ərazi bütövlüyünə zidd qərarlarınlehinə səs verir və ya işğal olunmuş ərazilərdə ermənistrukturlarını maliyyələşdirən layihələri dəstəkləyirdi.
3. İşğal olunmuş ərazilərdəki artıq sabiq terrorçu xunta ilə ləiqtisadi əməkdaşlıq. 1990-cı və 2000-ci illər ərzində İsveçrədəişğal altında olan Azərbaycan torpaqlarında qanunsuz ticarət vəinvestisiya fəaliyyəti ilə bağlı bir neçə qalmaqal baş verdi.İsveçrədə qeydiyyatdan keçmiş şirkətlər Dağlıq Qarabağdan mineralsərvətlərin və məhsulların ixracını həyata keçirən maliyyəsxemlərində fəal iştirak edirdilər ki, bu da beynəlxalq hüquqnormalarına zidd idi.
4. Birtərəfli diplomatik addımlar. İsveçrəli diplomatlar uzunillər boyu neytrallıq prinsiplərini nəzərə almadan Ermənistanıntərəfini açıq şəkildə dəstəkləyirdilər. Məsələn, 2010-cu ildəCenevrədə "Dağlıq Qarabağ parlamenti" adlanan separatçı qurumunnümayəndələrinin iştirakı ilə danışıqlar təşkil edilmişdi ki, bu darəsmi Bakının kəskin etirazına baxmayaraq baş tutmuşdu.
5. Erməni diasporuna sistemli dəstək. İsveçrədə yaşayan onminlərlə ermənidən ibarət erməni diasporu hər zaman Ermənistanınmaraqlarının təbliğində fəal rol oynayıb. Genişmiqyaslı lobbiçilikkampaniyaları nəticəsində erməni təşkilatları İsveçrədə ictimairəyin formalaşdırılmasında ciddi uğurlar əldə ediblər. Diasporasiyasi dairələrdəki əlaqələrindən fəal istifadə edərək müntəzəmşəkildə mədəni və media layihələrini maliyyələşdirir və bulayihələr əsasən erməni mövqeyini təbliğ edirdi.
Erməni diasporunun İsveçrədə "Dağlıq Qarabağ üzrə Sülh Forumu"adlı təşəbbüsü irəli sürmək cəhdi separatçı strukturlarınleqallaşdırılması və beynəlxalq hüquq normalarının pozulmasıistiqamətində uzun illər davam edən fəaliyyətin növbəti həlqəsioldu. Lakin bu dəfə İsveçrə Federal hökuməti sərt mövqe nümayişetdirərək əvvəlki Ermənistanı tam dəstəkləmə siyasətindən faktikiolaraq imtina etdi.
İsveçrənin xarici işlər naziri İnyatsio Kassis açıq şəkildəbəyan etdi ki, Qarabağ Azərbaycanın ərazisidir və forumunkeçirilməsi beynəlxalq hüquq prinsiplərinə və İsveçrənin neytrallıqsiyasətinə ziddir. Bu addım İsveçrənin Ermənistanın diasporasıtərəfindən yönləndirilən siyasi avantüralara bundan sonra dəstəkvermək niyyətində olmadığını göstərən mühüm dönüş nöqtəsi oldu.