Bakı.Trend:
Doqquz ay kosmosda çıxılmaz vəziyyətdə qalmış amerikalıastronavtlar Butç Uilmor və Suni Uilliyams “SpaceX” şirkətininkosmik kapsulu ilə Yerə qaytarılıb.
Trend xəbər verirki, bu barədə BBC məlumat yayıb.
Beynəlxalq Kosmik Stansiyadan Yerə 14 saata çatan kapsulatmosferin aşağı təbəqəsinə daxil olduqdan sonra onun dörd paraşütüaçılıb və kapsul təhlükəsiz şəkildə Florida sahilinə enib.
Astronavtlar kapsuldan çıxarıldıqdan sonra gəmi ilə təxliyəolunublar. Onların vəziyyətinin yaxşı olduğu deyilir.
Suni Uilliams və Butç Uilmore 2024-cü ilin iyun ayında “Boeing”şirkətinin “Starliner” kapsulunu sınamaq məqsədilə 8 günlük kosmikmissiyada iştirak edən zaman kapsulda texniki nasazlıqlaryaranmışdı .Beləcə, NASA onların geri dönüşünün təhlükəli olduğunuqət edərək, astronavtların Beynəlxalq Kosmik Stansiyada qalmalarınıməqsədəuyğun bilmişdi.