AZ

PSJ Lamin Yamalı rekordçu etmək istəyir

PSJ Lamin Yamalı heyətinə qatmaq niyyətindədir.

İdman.biz xəbər verir ki, Fransa klubu İspaniya millisinin hücumçusunun “Barselona” ilə müqaviləni uzatmamasına çalışır.

17 yaşlı vingerə “Real”a keçən Kilian Mbappenin müqaviləsində olan şərtlər təklif olunacaq. Paris təmsilçisi gənc ispaniyalını bu göstəricidə klubun rekordçusu etmək istəyir.

Qeyd edək ki, Laminin “Barselona” ilə indiki müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

İdman.biz

Seçilən
21
idman.biz

1Mənbələr