AZ

Azərbaycan Yüksək Liqası: Kişi voleybolçular arasında XVI turun oyunları keçiriləcək

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XVI turun oyunları reallaşacaq.

Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 16:00-da “Xilasedici” komandası “Gənclər”lə üz-üzə gələcək.

Digər görüşlərdə MOİK - “Murov Az Terminal”la, “Azərreyl” isə “Neftçi” ilə üz-üzə gələcək. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

MOİK - “Murov Az Terminal” matçına saat 16:00-da, “Azərreyl” - “Neftçi” görüşünə isə 18:00-da start veriləcək.

Seçilən
14
5
cbcsport.az

10Mənbələr