AZ

Azərbaycan iki ayda xarici ölkələrə 30 milyon dollarlıq xurma satıb - QAZANC 15% ARTIB

2025-ci ilin yanvar-fevral ayında Azərbaycandan 30 milyon 481 min dollar dəyərində 41 min 830 ton xurma ixrac olunub.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4 milyon 101 min dollar və ya 15,5%, miqdar ifadəsilə 8 min 500 ton və ya 25,5% artıb.

2024-cü ilin yanvar-fevral aylarında isə Azərbaycandan 26 milyon 379 min dollar dəyərində 33 min 331 ton xurma ixrac olunmuşdu.

Bu dövrdə ümumi ixracın 0.64%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 6,28%-i xurmanın payına düşüb.

Hesabat dövründə 1 kq xurmanın orta ixrac qiyməti 1,24 manat olub ki, bu da illik 11 qəpik (7,9%) aşağıdır

Ötən ilin iki ayının nəticələrinə əsasən 1 kq xurmanın orta ixrac dəyəri 1,35 manat olub.

Seçilən
58
fed.az

1Mənbələr