AZ

Bu klubdan "Barselona"ya qarşı təxribat: Yamala təzyiq edirlər ki...

PSJ "Barselona"nın vingeri Lamin Yamala təzyiq edir.

Publika.az xəbər verir ki, buna səbəb 17 yaşlı ulduzun İspaniya klubu ilə yeni müqavilə imzalamasına mane olmaqdır. Bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, parislilərin planı Laminə hazırda "Real"da çıxış edən forvard Kilian Mbappe ilə eyni maliyyə şərtləri ilə müqavilə təklif etməkdir. Fransa klubu gənc ispaniyalını bu göstəricidə klubun rekordçusuna çevirməyə hazırdır.

Yamalın 18 yaşı tamam olanda "Barselona" ilə yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə bağlayacağı bildirilir. Onun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayına kimidir.

Seçilən
37
publika.az

1Mənbələr