Cari ilin ilk 2 ayı ərzində xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 296,3 min nəfər olmuşdur.
Valyuta.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 0.1 faiz daha azdır.
İrana gedənlərin sayında 25,4 faiz, Gürcüstana gedənlərin sayında isə 17,4 faiz artım qeydə alınsa da, Türkiyəyə gedənlərin sayında 2,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayında isə 27,7 faiz azalma müşahidə olunub.
Azərbaycanlıların ən çox səyahət etdiyi ölkələr
Açıqlanan rəsmi məlumatlara əsasən sözügedən dövrdə azərbaycanlıların ən çox səyahət etdiyi ilk üçlüyə Türkiyə, Rusiya və Gürcüstan daxildir.
Belə ki, səyahətə gedənlərin 36,9 faizi Türkiyəyə, 15,8 faizi Rusiya Federasiyasına, 11,4 faizi Gürcüstana, 10,7 faizi İrana, 25,2 faizi digər ölkələrə səfər edib.
Bunların da 67,5 faizini kişilər, 32,5 faizini isə qadınlar təşkil edib.
Səyahət zamanı 68,1 faizi hava, 29,7 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Rəhim