AZ

Qohum evliliyindən qaçın- Həkimdən XƏBƏRDARLIQ

Qohum evlilikləri qanunla qadağan edildi. Amma heç də, hər kəs bu qnunun istənilən nəticə verəcəyinə inanmır. Əksinə, belə düşünənlər də var ki, bundan sonra nigahsız ailələrin sayı artacaq.

Mövzu ilə bağlı News365.az-a danışan tanınmış həkim Vaqif Qarayev deyir ki, qanunun qəbulu vacib idi:

“İndi qalır ona riayət etmək. Bu isə bir qədər sual altındadır. Məsələn ötən gün  bir hüquqşünas deyir ki, belə evliliklərin qadağan olunması düzgün deyil:
“Bu, insan haqlarının pozulmasıdır. Təbii ki, bu müəyyən mənada sevginin qadağan olunmasıdır, ailə institunun möhkəmlənməsinə mane olur. Üstəlik, qohum evlilikdən kifayət qədər sağlam uşaqlar doğulur”.

Lakin, təbabət də deyir ki, belə ailələrdə uşağın şikəst doğulması ehtimalı həddindən artıq yüksəkdir. Həmin hüquqşünas və onun kimi düşünənlər unudurlar ki, böyüklərin sevmək və evlənmək hüququ varsa, uşağın da sağlam doğulmaq hüququ var. Siz nəsillikcə əngəlli uşaqlar gördünüzmü? Siz əngəlli uşaqların valideynlərinin necə işgəncə ilə yaşadığını gördünüzmü?”

News365.az

Seçilən
36
news365.az

1Mənbələr