Texnologiya dünyanın ən yüksək zirvələrinə çatmaq istəyənlərə kömək edən şerpalara və bələdçilərə kömək edir. Alpinistlərə bələdçilik etməklə yanaşı, həm də yüklərini daşıyan insanlar artıq dronlarla işləyəcək.
Hafta.az-ın yazdığına görə, gələn ay Everest dağında başlayacaq dırmaşma mövsümündə yüksək hündürlükdə 15 kiloqramdan çox yük daşıya bilən dronlar sınaqdan keçiriləcək.
Dırmanma turları təşkil edən şirkətlər nərdivanları və zibilləri daha asan geri qaytara biləcək, isti yemək və oksigen çənləri ilə daha rahat dırmaşmalar da mümkün olacaq.
Bildirilir ki, normalda əsas düşərgədən bir nömrəli düşərgəyə 7 saata daşınan əşyalar indi bu yolla 15 dəqiqəyə daşınır.
Bu vasitə həm də qlobal istiləşmə qarın əriməsini artırdıqca çoxalan ölüm hallarının sayını azaltmaq məqsədi daşıyır.
Sagarmatha Çirklənməyə Nəzarət Komitəsinin (SPCC) sədri Çirinq Şerpa deyir: "Şerpalar böyük risklərlə üzləşirlər. Dron onların işini daha təhlükəsiz, daha sürətli və effektiv edir".
Şerpaların mövsümdə ən azı 40 dəfə zirvəyə qalxdığı təxmin edilir.
Son illər baş verən ölümlə nəticələnən qəzalar yeni axtarışlara səbəb olub.
Çin şirkəti tərəfindən Nepaldakı bir şirkətə verilən iki pilotsuz təyyarə bir ildir ki, bölgədə sınaqdan keçirilib. Bu mövsüm həyata keçiriləcək uçuşlar daha çox şirkəti yeni texnologiyanı mənimsəməyə təşviq etmək məqsədi daşıyır.
“New York Times” yazır ki, qiymətləri bir çox şirkəti qorxutsa da, dronların əməliyyat xərclərini azaldaraq qısa müddətdə xərclərini ödəyə bilir.