AZ

Bahar nəfəsli bayram

Bakı. Trend:

Təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişiəsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin və xeyirxahlığıntəcəssümü kimi qəbul edilmişdir. Gecə ilə gündüzün bərabərləşdiyiilk bahar günündə yurdumuza qədəm qoyan bu bayram insanları daimbirliyə, sülhə və əmin-amanlığa səsləyir. Bahar mərasimləri,adət-ənənələri əsrlərin sınağından çıxaraq, ulu babalarımızdan bizəyadigar qalmış misilsiz ərməğandır. Novruz əsrlərdir ki, milli,dini adət və ənənələrimizi nəsillərdən-nəsillərə ötürərək bugünlərə gətirib çıxaran bayramdır. Buna görə də Novruz bizimümumdövlət, ümumxalq bayramımızdır. Xalqımızın sevə-sevə qeydetdiyi bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bugünlərə gətirdiyi kimi, bizi də bir xalq olaraq birləşdirir,xalqımızda daha möhkəm birlik yaradır və həmrəyliyə xidmətedir.

İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramıAzərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə onukeçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvidəyəri hesab edilir.

Bu əziz el bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrsSiyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT BaşMəclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir.

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruzbayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeydolunur. Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətingüzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluqvə tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixitəcəssümüdür. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruzbayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib,bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağınəkib-becərilməsinə başlayır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanİlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqınınarzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altındamüzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdivə biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Hər zaman olduğu kimi, Novruz bayramı ərəfəsində bütünşəhidlərimizin əziz xatirəsini də dərin hörmət və ehtiramla yadedirik. Eyni zamanda, onların valideynlərini, ailə üzvlərini, Vətənuğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranlarıbayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımızıçatdırırıq. Qoy bu Novruz bayramı gəlişi ilə ölkəmizə əmin-amanlıq,ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkətgətirsin.

Əziz həmvətənlər!

Qarşıdan gələn bahar nəfəsli, gül-çiçək qoxulu bu gözəl bayrammünasibəti ilə hər birinizi təbrik edir, möhkəm can sağlığı,ruzi-bərəkət arzulayıram.

Bayramımız mübarək!

Əminə Ağazadə,
Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
18
3
az.trend.az

4Mənbələr