AZ

ABŞ Yəmənin Səda şəhərinə hava zərbələri endirib- Husilər

BAKI,TurkicWorld

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın şimaldakı Səda şəhərinə hava zərbələri endirdiyini açıqlayıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, hücum barədə məlumat husilərə bağlı "Əl-Məsirə" televiziyası tərəfindən yayılıb.

Xəbərdə ABŞ hərbi qüvvələrinin Səda şəhərinin Mecez rayonundakı Tahiyye bölgəsini hədəf aldığı bildirilib. Lakin hücumun miqyası və nəticələri barədə əlavə təfərrüat verilməyib.

Səda şəhəri husilərin əsas mərkəzlərindən biri kimi tanınır və Səudiyyə Ərəbistanı ilə sərhəd bölgədə yerləşir. ABŞ-ın bu hücumu bölgədəki gərginliyi daha da artırıb.

Qeyd edək ki, husilər martın 7-də İsrailin Qəzzaya humanitar yardım buraxması üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarını yenidən başladacaqlarını bildirmişdilər.

ABŞ-ın hava hücumları fonunda husilərin lideri Əbdül-Malik əl-Husi Vaşinqtona xəbərdarlıq edərək, ABŞ təyyarələri və döyüş gəmilərinin onların hədəfinə çevriləcəyini bildirib. O, hücumların davam etməsi halında dənizdə tətbiq edilən blokadaların ABŞ-ı da əhatə edəcəyini vurğulayıb.

Seçilən
32
turkic.world

1Mənbələr