Bakı. Trend:
İranda hicabla əlaqədar təsdiqlənən, lakin icra üçün hələlikelan olunmayan yeni qanunda “əxlaq polisi”nin fəaliyyəti tamamilədayandırılacaq.
Trend-inməlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd BaqirQalibaf “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, ölkədə hicabla əlaqədar yeni qanuntəsdiqlənməzdən öncə bu istiqamətdə qanun var idi. Yeni qanunda isəbir sıra qaydaların dəyişilməsi nəzərdə tutulub.
Qalibaf bildirib ki, İran hökuməti bəzi məsələlərdə nöqsanlarınolduğunu nəzərə alaraq, həmin məsələləri İran parlamentinə elanedəcək və qanunda müəyyən dəyişiliklər aparılacaq.
“Ali Milli Təhlükəsizlik Şurasının iclasında verilən qəraraəsasən, hicabla bağlı yeni qanunun icra üçün elan olunmasıdayandırılıb”, - deyə o qeyd edib.
Qeyd edək ki, İranda yeni hicab qanununda çox sərt cərimələr, ocümlədən, nağd cərimə, azadlıqdan məhrumetmə, məşğulluq və sosialişlərdən məhrumetmə, avtomobilə həbs qoyulması, əmlakın müsadirəolunması və sairə nəzərdə tutulur. Qanun müntəzəm şəkildə pozulduğuhalda cəzalar daha da sərtləşə bilər.