PSJ “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamala elçi düşüb.
Msport.az xəbər verir ki, Fransa nəhəngi 17 yaşlı futbolçunu heyətinə cəlb etməyi planlaşdırır.
Paris təmsilçisi onun kataloniyalılarla yeni müqavilə imzalamamasına çalışır. Bunun üçün də Yamala astronomik məbləğdə maaş təklif edilib. İspaniya millisi bununla razılaşsa, “Real”a keçən Kilian Mbappenin müqaviləsində olan şərtlərlə anlaşacaq. Belədə Yamal PSJ-nin rekorduçusu ola bilər.
Qeyd edək ki, Lamin Yamalın “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.