AZ

Yasamal ictimaiyyəti Novruz bayramını qeyd edir - Fotolar

Novruz bayramı münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhid ailələrinin üzvləri, qazilər, ali təhsil məktəblərinin rektorları, səhiyyə müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Novruzun xalqımızın həyatında, məişət və mentalitetində dərin iz buraxdığından söz açılıb. Qeyd olunub ki, Ulu Öndər ölkəmizdə rəhbərliyə gəldiyi ilk vaxtlarda sovet hakimiyyətinin qadağa və təziqlərinə baxmayaraq, xalqımızın milli ruhunun oyanışına təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Novruz bayramının qədim köklərə malik olduğunu, xalqımızın qəlbində əbədi yaşayacağını daima vurğulayan Ümummilli Lider bu bayramı o vaxtkı sovet rəhbərliyinin sərt rejimi, qadağaları dövründə bütün ölkəmiz miqyasında yüksək səviyyədə təşkil olunmasına və böyük sevgiylə keçirilməsinə nail olurdu. Məhz Ulu Öndərin sayəsində Respublikamız müstəqilliyini bərpa edəndən sonra xalqımız öz adətlərin, milli dəyərlərin, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başlamışdır. Beləliklədə Novruz bayramı bütün bu təzyiqlərdən, qadağalardan və çətinliklərdən keçərək öz haqqına qovuşub.

Azərbaycan xalqının adət-ənənələrinin doğma torpaqlarımızda yenidən qeyd olunması 32 ildən sonra öz yurduna qayıdan insanları qürurlandırıb. Bu gün “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ torpaqlarında bayram tonqalları qalanır.

Yasamal rayonunda İlaxır çərşənbənin möhtəşəmliyinə incəsənət xadimlərinin ifaları xüsusi rəng qataraq tədbir iştirakçılarına xoş anlar yaşadıb.








Seçilən
113
3
qafqazinfo.az

3Mənbələr