Belarus futbol millisinin kapitanı Aleksandr Martınoviç zədə səbəbindən Tacikistan və Azərbaycanla keçiriləcək yoldaşlıq oyunlarında iştirak etməyəcək.
QOL.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlos Alos məlumat verib.
O bildirib ki, Qazaxıstanın “Kayrat” klubunub 37 yaşlı müdafiəçisi zədə səbəbindən qarşıdakı matçları buraxmalı olacaq.
Qeyd edək ki, Azərbaycan - Belarus oyunu martın 25-də Masazır qəsəbəsində keçiriləcək.