Politoloq Tofiq Abbasov Olaylar.az- a açıqlamasında bildirib ki, bu prosesi tam nəzarətdə saxlamalı və tələskənliyə yol verməməliyik:
"Sülh müqaviləsinin imzalanması indiki halda süni sürətdə tezləşdirilə bilməz. Çünki biz bu məsələni həm də beynəlxalq mühitin kontekstində nəzərdən keçirməliyik. Görürük ki, Ermənistana olan dəstək gündən-günə artır. Söhbət qərb dövlətlərindən, qərb ölkələrinin siyasi elitalarından, hakim qüvvələrindən gedir. Onlar birmənalı şəkildə Ermənistan deyən kimi "bəli, biz o iki bəndi də artıq imzalamağa hazırırq, Azərbaycanla sülh müqaviləsinin yoluna çıxırıq" bilavasitə bütün Avropa İttifaqı, ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar hamısı birmənalı bunu dəstəkləyəcəklər. Bir sual yaranır ki, bu vaxta kimi Ermənistan bu prosesi ləngidirdirsə, niyə onlar Ermənistana bildiriş etmirdilər?
Görünür ki, burada pərdəarxası bir oyun var. Azərbaycan bu prosesdə tələsməyəcək. Ermənistan indi əsas götürür ki, həm İrəvan həm Bakı məhkəmə instansiyalarından müraciətləri geri götürməlidir. Burada bir məsələ var. Əgər biz də, Ermənistan da müraciətləri geri götürürüksə, burada kim qazanır? Bu məsələdə Azərbaycan qazanmır əksinə məğlub olur. Biz ərazisində müharibə getmiş ölkəyik. Torpaqlarımızın 20%-i darmadağın edildi, 1 milyona yaxın insan qaçqın-məcburi köçkün vəziyyətinə salındı, insanların mal-dövlətini talan edildi. 4000 nəfərdən ümumiyyətlə məlumat yoxdur. Bəs bunların aqibəti necə oldu?
Ermənistan özünü çox məsuliyyətsiz aparır . Bu proseslərdə biz qərbin siyasi dairələrinin, beynəlxalq təşkilatlarının müəyyən mənada birmənalı dəstəyini gördük. Qeyd etdiyim kimi prosesi süni sürətdə tələsdirmək olmaz. Azərbaycan buna da dözə bilər. Ermənistanın və onun tərəfdarlarının yeni bir müharibə meydana gətirmələrinə, bölgəmizi yenidən o prosesə salmalarına icazə vermərik. Əlbəttə ki, biz müharibəyə hazırıq, bizim hərbi potensialımız Ermənistandan dəfələrlə çoxdur. Bu ondan xəbər verir ki, biz bu prosesə kortəbii yanaşmamalı, bütün təyinatlar kontrol edilməlidir. Qlobal Forumda Cənab Prezident bir daha yada saldı ki , Ermənistan Azərbaycan dövlətinə təcavüz edib. Digər tərəfdən təzminat məsələsini gündəmə gətirməliyik. 300 minə yaxın azərbaycanlı Qərbi Zəngəzura qayıdışını gözləyir. Hərbi cinayətlər, insanlığa qarşı cinayətlər, Xocalı soyqırımı hamısının cavabdehi Ermənistan, onun hərbi-siyasi rəhbərliyidir. Guya Ermənistan bildirir ki , bu proses Qarabağ əhalisinin istəyindən irəli gəlir ki, onlar müqəddəratını həll etmək istəyirlər. Xeyr, Ermənistan öz yaxasını kənara çəkməklə burada işi bitməyəcək. Biz sübut etməliyik ki, Ermənistan terroru, separtizmi Azərbaycan ərazilərində dəstəkləndirib, onu qidalandırıb və bu minlərlə Azərbaycanlıya bədbəxtçilik gətirib. Bütün bunlara göz yummaq olmaz. Bu prosesdə biz Ermənistanı və arxasında duran Qərb dairələrinin fitvasına getməli deyilik. Təmkin və ehtiyatla hər məsələni ən xırda detalına kimi öyrənməklə hərəkət etməliyik".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31