AZ

İstanbul Valiliyi Dörd Günlük Toplantı və Aksiya Qadağası Elan Edib

BAKI,TurkicWorld

İstanbul Valiliyi şəhər daxilində ictimai asayişi qorumaq və mümkün təxribatçı hərəkətlərin qarşısını almaq məqsədilə 19-23 mart tarixləri arasında 4 gün müddətinə hər cür toplantı, nümayiş və mətbuat açıqlamasını qadağan etdiyini elan edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi bəyanat yayıb.

"Valiliyimiz tərəfindən şəhər daxilində ictimai asayişi qorumaq və mümkün təxribatçı hərəkətlərin qarşısını almaq üçün 19-23 mart tarixləri arasında 4 gün müddətinə hər cür toplantı, nümayiş və mətbuat açıqlaması qadağan edilmişdir",- deyə bildirilib.

Bu qərar 5442 saylı "İl İdarəetmə Qanunu"nun 11/C maddəsi və 2559 saylı "Polis Vəzifə və Səlahiyyət Qanunu"nun 15/H maddələri çərçivəsində qəbul edilib və müxtəlif təhlükəsizlik tədbirləri tətbiq olunacaq.

Bu tədbirlər çərçivəsində, 19 mart 2025-ci il saat 06:00-dan etibarən İstanbul Böyükşəhər Bələdiyyəsinə məxsus Metro A.Ş. tərəfindən idarə olunan M1A Yenikapı - Atatürk Hava Limanı və M1B Yenikapı - Kirazlı metro xətlərinin Emniyet-Fatih stansiyasının tamamilə bağlanması və bütün sərnişin giriş-çıxışlarının dayandırılması; M2 Yenikapı - Seyrantepe - Hacıosman metro xəttinin Taksim stansiyasının tamamilə bağlanması və bütün giriş-çıxışların dayandırılması qərara alınıb.

Bununla yanaşı, bəzi küçə və prospektlər də nəqliyyatın hərəkətinə bağlanacaq və müəyyən edilmiş alternativ marşrutlardan istifadə olunacaq.

Seçilən
21
turkic.world

1Mənbələr