AZ

Bakıda İlaxır çərşənbədə tonqal səbəbindən xəsarət alanların sayı AÇIQLANDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18.03.2025-ci il tarixində saat 19:30-dan etibarən Xətai, Binəqədi, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının ərazisindən tonqalda xəsarət alma ilə bağlı 6 müraciət daxil olub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Məlumatda qeyd olunub ki, çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.
"Xəsarət alan 8 yaşlı (qadın cinsli) azyaşlı hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı (kişi cinsli) azyaşlılara isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. 2 azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb",- deyə məlumatda əlavə olunub.
Məhərrəm Əliyev
Seçilən
27
47
oxu.az

10Mənbələr