AZ

Zaxarova: Britaniya və Aİ-nin Rusiya aktivlərini müsadirə etmək müzakirəsi absurddur– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Britaniya və Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı müzakirələrini "marazm" adlandırıb.

O, Britaniyanın xarici işlər naziri Devid Lammi və Aİ-nin diplomatiya rəhbəri Kaya Kallasın bu məsələni müzakirə etmək niyyətində olması barədə yayılan məlumatlara münasibət bildirib.

"Bu görüşün absurdluluğu ondadır ki, Britaniya artıq Avropa İttifaqının üzvü deyil. Aİ uzun müddət Britaniya ilə 'boşanırdı', itkiləri və zərərləri bölüşdürürdü", - deyə Zaxarova Sputnik radiosuna müsahibəsində vurğulayıb.

"Britaniyada piratlıq həmişə qanuni olub"

Zaxarova Londondakı siyasətçilərin Moskva ilə heç bir əlaqəsi olmayan aktivlərə iddia etməsini məntiqsiz adlandırıb. O, həmçinin Britaniyanın tarixi boyunca piratçılığı qanuniləşdirdiyini xatırladıb.

Xatırladaq ki, 2024-cü ilin iyununda Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiya aktivlərini müsadirə etməyə çalışmasını "oğurluq" adlandıraraq, bunun cavabsız qalmayacağını bildirmişdi. O, belə bir addımın Qərbin illərdir qurduğu sistemin dağılmasına daha bir töhfə verəcəyini vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr