İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra gözlər Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaşa çevrilib.
“Cebheinfo.az” xəbər verir ki, siyasətçi bir tədbirə qatılmaq üçün Tayvana səfər edib.
O, İmamoğlunun saxlanılmasının ardından səfərini yarımçıq qoymağa qərar verib. Jurnalist İsmayıl Saymaz Mansur Yavaş ilə əlaqə saxlayıb.
O, təcili şəkildə Türkiyəyə qayıdacağını deyib:
“Hazırda Tayvandayam. Qayıdıram, İstanbula gələcəyəm. Bilet tapmağa çalışıram. Hamımız birlikdə toplanıb vəziyyəti müzakirə edəcəyik”.