“İrəvanla Bakı arasında sazişin mətnində münaqişələrin mirası ilə bağlı müddəalar yoxdur”. Tribunainfo.az xəbər verir ki, bu sözləri Karnegi Fondunun Qafqaz üzrə eksperti və baş analitiki Tomas de Vaal deyib.
O bildirib ki, iki ölkə arasında sülh sazişi Cənubi Qafqazı sabitləşdirəcək böyük addımdır. Amma o, tam sülhə nail olmaq üçün daha bir neçə məsələni həll etmək lazım gəldiyini qeyd edib.
De Vaala görə, həll olunması vacib olan məsələlərdən biri odur ki, Zəngəzur dəhlizinin taleyi necə həll olunacaq. “Bu məsələ faktiki olaraq açıq qalıb. Azərbaycan və Ermənistanın bu mövzu ilə bağlı yanaşmaları fərqlidir”.
Fondun təmsilçisi qeyd edir ki, sülh sazişində bəzi detallar da yer almalıdır. “Hər iki xalqın iki müharibə apardığı , minlərlə insanın həyatını itirdiyi məsələyə insanların geri dönmə vədləri verilmir”.