AZ

Bərdədə İNTİHAR: Gənc qız özünü kanala atdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bərdədə gənc qız intihar edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, intihar məqsədilə özünü su kanalına atıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a bildirilib ki, Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan 2008-ci təvəllüdlü Gülçin Cəfər qızı Xəlilovanın axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.
Seçilən
43
6
oxu.az

10Mənbələr