Olaylar.az xəbər verir ki, bunu Ermənistanın siyasi elmlər doktoru Artur Xaçikyan deyib.
O, İrəvanın regiondakı iki dəstəkçisinin rolunun zəiflədiyini bildirib:
"Bu hakimiyyəti erməni cəmiyyəti seçib, yəni günahkar elə xalqdır. Beynəlxalq ictimaiyyət nə etsin? Xarici qüvvələrin Ermənistanda real maraqları yoxdur, biz onlara heç nə təklif edə bilmirik. Cənubi Qafqaza Azərbaycan, Türkiyə, İsrail və ABŞ hakim olacaq. İran və Rusiya sadəcə müəyyən dərəcədə təsir imkanlarını bölüşə bilərlər. Hazırda Moskva ilə Vaşinqton arasında Ukrayna ilə bağlı danışıqlar gedir, bu da regionumuza təsirini göstərəcək.
Təəssüf ki, İrəvan bu gün nə Qərbə, nə də Moskvaya bir şey vəd edə bilir. Son 7 ildəki biabırçı siyasət nəticəsində Ermənistan suverenliyini itirdi. Gələcəyimizi xarici qüvvələr müəyyənləşdirir".