İtaliyada sağ mərkəzçi koalisiya partiyaları Avropa Şurasının növbəti iclası öncəsi 12 bənd üzrə siyasi mövqelərini birləşdiriblər. Baş nazir Corca Meloni martın 18-də İtaliya parlamentinin yuxarı palatasında bunları ətraflı təsvir edib.
Publika.az xəbər verir ki, Meloni çıxışında Avropa İttifaqının rəqabətqabiliyyətliliyi məsələlərinə xüsusi diqqət yetirib.
Baş nazir deyib ki, Aİ-nin sənaye və texnologiya siyasəti üzv ölkələrin “səhralaşmasına” səbəb olub.
O, həmçinin iqtisadi fərqlərə baxmayaraq Aİ və ABŞ arasında müttəfiqliyin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Meloni ABŞ-ın yeni tarif siyasətlərinə cavab tariflərinin qəbuledilməz olduğunu bildirib və impulsiv reaksiyalardan çox sağlam düşüncə əsasında qərarlar qəbul etməyə çağırıb.