AZ

"QHT-lər Qərbi Azərbaycana qayıdış prosesində həm yerli, həm də beynəlxalq səviyyədə mühüm rol oynayır" - İradə Rizazadə

Milli QHT Forumunda “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda tədbir keçirilib. Tədbir "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi tərəfindən təşkil edilib.

QHT.az xəbər verir ki, bu barədə Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə məlumat verib. Onun sözlərinə görə, tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Nuraddin Mehdiyev, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli və Qərbi Azərbaycanla bağlı fəaliyyət göstərən 30-a yaxın QHT nümayəndəsi iştirak edib. Tədbiri giriş sözü ilə açan "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə QHT-lərin Qərbi Azərbaycana qayıdış prosesindəki əhəmiyyətindən, onların yerli və beynəlxalq səviyyədə gördüyü işlərdən və əməkdaşlıq imkanlarından danışıb.

Daha sonra QHT nümayəndələri 2024-2025-ci illərdə mövzu üzrə icra etdikləri və planlaşdırdıqları layihələr barədə məlumat verib, əldə olunan nəticələri bölüşüblər. Həmçinin, gələcək fəaliyyət strategiyalarına dair maraqlı təkliflər səsləndirilib. QHT-lər həm öz aralarında, həm də müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq etməklə bu prosesə töhfə verməyə davam edəcəklərini bildiriblər.

 

Pərvanə Fərhadqızı

Seçilən
146
qht.az

1Mənbələr