AZ

ABŞ “Black Hawk” helikopterlərinin avionika sistemlərini təkmilləşdirir

RTX korporasiyasının tərkibinə daxil olan “Collins Aerospace” şirkəti “H-60M MOSA Avionics Architecture Solution” proqramı çərçivəsində ABŞ Ordusuna məxsus “Black Hawk” helikopterlərinin avionika sistemlərini təkmilləşdirəcək.

“Poliqon” RTX korporasiyasına istinadən xəbər verir ki, bunun üçün “Collins Aerospace” 80 milyon ABŞ dolları dəyərində müqaviləyə layiq görülüb.

Təkmilləşdirmə nəticəsində “Black Hawk” helikopterlərinə şirkətin modul açıq sistem yanaşmasına (MOSA) uyğun olan “Mosarc” məhsulu inteqrasiya ediləcək.

“Mosarc”, təkmilləşdirmələri daha səmərəli etmək və nəticədə helikopterin xidmət dövrü ərzində saxlanma xərclərini azaltmaq üçün nəzərdə tutulub.

Seçilən
99
poliqon.az

1Mənbələr