AZ

İstanbulda mitinqlər qadağan edildi, metrolar və yollar bağlandı

Hurriyyet.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərinin bələdiyyə başçısı Ekrem İmamoğlunun saxlanılmasından sonra şəhərdə mitinqlərin keçirilməsi qadağan edilib, bir sıra metro stansiyaları və avtomobil yolları bağlanıb.

İstanbul vilayət bələdiyyə idarəsinin qərarı ilə martın 23-nə qədər valilik ərazisində istənilən məqsədli mitinq və nümayişlərin keçirilməsi qadağan edilib, "Taksim" stansiyası da daxil olmaqla, şəhərin bir sıra mərkəzi metro stansiyaları və avtomobil yolları bağladılıb.  

Bu qərar şəhər meri Ekrem İmamoğlunun terrorçuluq və korrupsiya ittihamları ilə saxlanılması fonunda qəbul edilib.

Hürr Tərcüman

 

Seçilən
111
hurriyyet.az

1Mənbələr