AZ

Qan dövranınızı belə sürətləndirin

Qan dövranınızı

Zəif qan dövranı orqanizmdə yorğunluq, baş ağrısı, əzələ krampları və hətta cinsi problemlər kimi bir çox fəsadlara səbəb ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qan axınının düzgün olması üçün arginin adlı amin turşusu vacib rol oynayır. Bu maddə qan damarlarını genişləndirir, qan dövranını yaxşılaşdırır və orqanizmin ümumi sağlamlığını dəstəkləyir.

Arginin bədəndə azot oksidinin istehsalını artıraraq ürək-damar sağlamlığını qoruyur, təzyiqi tənzimləyir və damar sərtliyinin qarşısını alır. Eyni zamanda, dərinin oksigen və qidalarla daha yaxşı təmin olunmasına kömək edərək daha parlaq və elastik görünməsini təmin edir. Qan axınını artırmaqla cinsi sağlamlığa da müsbət təsir edir. Sidik kisəsi funksiyalarını yaxşılaşdıraraq cinsi problemlərin və sidik yolları narahatlıqlarının qarşısını almağa kömək edir.

Argininin digər faydalarına immuniteti gücləndirmək, iltihabı azaltmaq, stressə qarşı müqaviməti artırmaq və əzələlərin bərpasını sürətləndirmək daxildir. Bu amin turşusunu təbii yollarla qəbul etmək mümkündür. Ət, toyuq, paxlalılar, süd məhsulları, qoz-fındıq, yumurta və soya əsaslı qidalar argininlə zəngindir.

Bununla belə, arginin əlavələri həkimlə məsləhətləşmədən qəbul edilməməlidir. Təbii və balanslı qidalanma ilə bədəndə kifayət qədər arginin səviyyəsini qorumaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
25
e-saglam.az

1Mənbələr