AZ

Amerikalı astronavtların MKİ-də gecikməsinə görə Bayden günahlandırılır– ÖZƏL

Olaylar.az xəbər verir ki, SpaceX şirkətinin sahibi və ABŞ hökumətinin Effektivlik Departamentinin (DOGE) rəhbəri İlon Mask, amerikalı astronavtların Beynəlxalq Kosmik Stansiyada (MKİ) planlaşdırılandan 10 ay daha çox qalmasına görə keçmiş prezident Co Baydeni günahlandırıb.

"Onlar orada cəmi 8 gün qalmalı idilər, amma demək olar ki, 10 ay qaldılar", - Mask Fox News-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, SpaceX əvvəlki administrasiyaya astronavtları daha tez geri qaytarmaq üçün həll yolu təklif etsə də, Bayden komandası bu təşəbbüsü "siyasi səbəblərə görə" rədd edib.

Xatırladaq ki, Crew Dragon kosmik gəmisi Crew-9 missiyasının heyətini uğurla Yerə qaytarıb. Florida sahillərində suya enən kapsulda rusiyalı kosmonavt Aleksandr Qorbunov, həmçinin amerikalı astronavtlar Nik Heyq, Sunita Uilyams və Butç Uilmor olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr