AZ

Bakı Metropolitenində terror aktından 31 il ötür

Ermənistan xüsusi xidmət orqanlarının Bakı Metropolitenində törətdiyi terror aktından 31 il ötür.

QHT.az xəbər verir ki, 1994-cü il mart ayının 19-da saat 13:00 radələrində Bakı metrosunun "20 Yanvar" stansiyasında terror aktı törədilib. Baş vaqona qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Terror aktının icraçısı partlayış zamanı ölüb. Bu hadisə zamanı 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.

İstintaq və məhkəmə yolu ilə sübut edilib ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və separatçı "Sadval" təşkilatının üzvləri tərəfindən həyata keçirilib. "20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.

Yenə həmin il – 1994-cü il iyulun 3-də Bakı metrosunun "28 May" və "Gənclik" stansiyaları arasında qatarda partlayış törədilib. Bu hadisədə 13 nəfər həlak olub, 42 nəfər yaralanıb. Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəni də Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyini müəyyənləşdirib.

Seçilən
11
qht.az

1Mənbələr