"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə müqəddəs Ramazan ayı münasibətilə Vətən uğrunda qəhrəmancasına canlarından keçən şəhidlərimizin ailə üzvləri üçün iftar süfrəsi təşkil olunub.
QHT.az xəbər verir ki, 100-dan çox şəhid ailəsi üzvünün iştirak etdiyi mərasimdə “Qurani-Kərim”dən ayələr və şəhidlərimizin ruhuna dualar oxunub. Tədbirdə çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova şəhid ailələrinə göstərilən diqqət və qayğının önəmini vurğulayıb və qəhrəman şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edib.
Tədbir tanınmış xanəndə Tural Salmanovun vətənpərvər ruhlu ifalarından ibarət bədii hissə ilə davam edib.