AZ

Voleybol statistləri üçün kurs - FOTO

Voleybol statistləri üçün kurs start götürüb.

İdman.biz xəbər verir ki, kurs GİN-in Voleybol Mərkəzində baş tutub.

Voleybol məşqçilərinin statistika tərtibi istiqamətində bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən kurs üç mərhələdən ibarətdir.

Dərslər Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qruplarının rəhbəri Doc.Dr.Cengiz Akarçeşme və statistika üzrə təlimatçı Faruk Kaymak tərəfindən keçirilir.

18 nəfərin iştirak etdiyi kursun yekununda hər üç mərhələdə iştirak edən və imtahandan uğurla keçəcək mütəxəssislərə sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, kurs AVF tərəfindən FIVB-nin “VOLLEYBALL EMPOWERMENT” proqramı çərçivəsində təşkil edilib.

Seçilən
31
2
idman.biz

3Mənbələr