"Ola bilsin ki, ABŞ-nin Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda heç bir təsir imkanı qalmaz, əgər NATO-ya üzvlük məsələsi sülh sazişinin bir hissəsinə çevrilsə", - deyə o, X (keçmiş Twitter) sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, martın 16-da ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts Ukraynanın NATO-ya üzvlüyünü "inanılmaz dərəcədə qeyri-mümkün" adlandırmışdı. O qeyd etmişdi ki, nə ABŞ, nə də hərbi blokun digər üzvləri Ukraynanın alyansa qoşulmasını dəstəkləyir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə dəfələrlə vurğulayıb ki, Moskva Ukraynanın NATO-ya üzv olmasını qəbuledilməz hesab edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31