ABŞ Rusiya ilə genişmiqyaslı ikitərəfli ticarətin qurulmasında, o cümlədən ondan nadir torpaq elementlərinin alınmasında maraqlıdır.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı yayımlanan Fox News telekanalına müsahibəsində deyib.
“Rusiya ilə o qədər də böyük ticarətimiz yoxdur . Onların bizim üçün çox qiymətli malları var, o cümlədən nadir mineralların çox böyük formaları”, - Amerika lideri bildirib.
Elcan
Missiya.Az