Səudiyyə Ərəbistanı klubları İmmobile üçün hərəkətə keçir.
İdmanxeber.az-ın məlumatına görə, ərəblər mövsüm sonunda futbolçu üçün “Beşiktaş”ın qapısını döyəcək. Yayda oyunçunun klubu tərk etmək ehtimalı böyükdür.
İtalyalı hücumçu bu mövsüm “Beşiktaş”da 33 oyun keçirib və 15 qol vurub, 3 assist edib.