AZ

Millət vəkili Məşhur Məmmədov Sahibə Qafarovanı təbrik etdi » AzadMedia.az



Milli Məclisin sədri, hörmətli Sahibə xanım Qafarova 70 illik yubileyini qeyd edir. Bu əlamətdar gün münasibətilə millət vəkili Məşhur Məmmədov ona öz səmimi təbriklərini ünvanlayıb.

Təbrikdə vurğulanır ki, Sahibə xanım Qafarova uzun illər dövlətə və xalqa sədaqətlə xidmət edərək, parlament fəaliyyətində yüksək peşəkarlıq nümayiş etdirib. Onun ölkənin inkişafına verdiyi töhfələr, Azərbaycan qadınının cəmiyyətdəki gücünü və liderliyini layiqincə təcəssüm etdirməsi hər zaman yüksək qiymətləndirilir.

Millət vəkili Məşhur Məmmədov Sahibə xanım Qafarovaya möhkəm cansağlığı, ailə səadəti və ölkənin rifahı naminə fəaliyyətində yeni uğurlar arzulayıb.
Seçilən
99
1
azadmedia.az

2Mənbələr